SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Sumqayıt şəhərində kanalizasiya quyusuna düşən şəxs ölüb.
 
BAKU.WS-in APA-ya istinadla məlumatına görə, Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıt Regional Mərkəzinin həmin şəxsi xilas etmək üçün quyuya düşən bir əməkdaşı da qazdan boğularaq dünyasını dəyişib, daha üç əməkdaş isə zəhərlənib.
 
Zəhərlənən şəxslər xəstəxanaya yerləşdiriliblər.   
 
Ölənlərin və zəhərlənənlərin şəxsiyyəti müəyyənləşdirilir.
 
Sumqayıt şəhər Səhiyyə İdarəsindən APA-ya verilən məlumata görə, zəhərlənən şəxslərə tibbi yardım göstərilir.
 
Onlardan ikisinin vəziyyəti ağırdır.
 
BAKU.WS