VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda kafedə kütləvi dava olub.

BAKU.WS report.az-a istinadən bildirir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Əbdülrəhimbəy Haqverdiyev küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində yerləşən kafedə müştərilərlə kafe sahibi arasında yaranan mübahisə sonradan davaya çevrilib. Belə ki, kafe sahibi Taleh Həsənov 4 müştəri ilə əlbəyaxa dava edib. Hadisə zamanı iki nəfər xəsarət alıb.

Dava zamanı kafedəki stol-stul, qab-qacaq da sındırılıb. Hadisə barədə Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə məlumat verilib. Polis bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib və 3 nəfər saxlanılaraq polis bölməsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.