VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtın Nərimanov rayonunda iki yaşlı uşaq tapılıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Facebook sosial şəbəkəsində Günel Ruqi adlı istifadəçi məlumat paylaşıb.

Bildirilir ki, Şəhriyar adına mədəniyyət və istirahət parkında bir saatdan çox ağlayan azyaşlı ətrafdakı insanların diqqətini cəlb edib. 

Uşağın valideynlərini və ya yaxınlarını tanıyan şəxslərdən Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinə müraciət etmələri xahiş olunur. 
 
BAKU.WS