Bakıda əcnəbi vətəndaşın cibindən 180 dollar oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb.

BAKU.WS Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 15-də və 28-də əcnəbi vətəndaşın cibindən 180 ABŞ dolları, Bakı şəhər sakini olan bir qadının çantasından isə 800 manat və 400 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən Gülnarə Novruzova Şirvan şəhəri ərazisində tutulub.

Ətrafında aparılan tədbirlərlə onun cari ilin mart ayından iyun ayınadək olan müddətdə Nərimanov rayonu ərazisində Bakı şəhər sakinləri olan 4 qadının çantalarından pul, mobil telefon və sənəd oğurlaması da müəyyən edilib.
 
BAKU.WS