VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycanlı idmançı, dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədova faciəvi şəkildə ölümünü əks etdirən video yayılıb.

Hadisə şahidinin Missiya.Az-a göndərdiyi videoda Reyhan Məmmədova iti ilə yolu keçərkən sürətlə gələn avtomobil tərəfindən vurulur.

Sürücü bir neçə dəqiqə şok vəziyyətində avtomobildə oturub. Daha sonra avtomobildən düşərək qıza kömək etməyə gəlib. Hadisə dünən axşam saatlarında Xətai rayonu Zığ şosesində - SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında piyada keçidinin üzərində baş verib. Video ərazidə yerləşən obyektlərdən birinin təhlükəsizlik kamerası tərəfindən lentə alınıb. 

Əlifağa Məmmədov idarə etdiyi "BMW" markalı, 90 XU 928 dövlət nömrə nişanlı maşınla yolu keçən 1995-ci il təvəllüdlü Reyhan Məmmədovanı vurub. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

Şahidlərin sözlərinə görə, yolda piyada keçidinin olmasına aid nişan keçidə çox yaxın qoyulduğu üçün burada tez-tez qəzalar baş verir.
 
BAKU.WS