SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Millət vəkili Aydın Mirzəzadə şəhid bulaqlarına sayğac qoyulması məsələsinə münasibət bildirib. 
 
BAKU.WS-in məlumatına görə, deputat məsələni araşdıracağını qeyd edib: 
 
"Dünən mətbuatda Mingəçevir şəhərində şəhid ailələri tərəfindən qurulmuş şəhid bulaqlarına sayğac qoyulması barədə məlumat oxudum.
Xəbər mənim üçün yeni idi, heç zaman bu problemlə bağlı mənə müarciət edilməmişdi.

Məsələ ilə bağlı Mingəçevir şəhər icra hakimiyyəti ilə əlaqə saxladım. Məlum oldu ki, bu "Azərsu" şirkətinin bütün su istifadəçilərinə olan tələbidir.
Bü gün bayram qabağı tədbirlər günü olduğu üçün məsələnin araşdırılaması iyunun 16-a qaldı. Bürisi gün mütləq "Azərsu"yun sədri Qorxmaq müəllim Hüseynovla danışacağam. Əgər orda məsələ həll edilməsə Baş nazir Artur müəllim Rəsizadəyə çıxacağam.

Hesab edirəm ki, şəhid adları bizim üçün əzizidir və onların adlarını daşıyan bulaqlara sayğac qoyulması düzgün deyil".
 
Nazim Babayev
BAKU.WS