SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Qəbələnin Laza kəndində Yeddi sərpic adlı dağın ətəyində 250 qoyunu ildırımı vurub.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, yaylağa aparılan sürüyə ildırım düşüb, nəticədə qoyunlardan 250-si yerindəcə tələf olub.

İldırımın şiddətindən çobanlar da bir müddət şok keçiriblər.

Təxminən yarım saat sonra özlərinə gəldikdə isə acı mənzərənin şahidi olublar.
 
BAKU.WS