SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Elan saytlarından birində maraqlı elan yerləşdirilib.
 
BAKU.WS-in məlumatına görə, bu dəfə paltar, maşın, elektro-texnika deyil, qoyun sürüsü satışa çıxarılıb.
 
Elanın sahibi bildirir ki, 235 baş qoyunu ilkin qiymət olaraq 47 min manata müştərilərə təklif edir. Qoyunlardan 110-u balalıdır, qalanı isə boğazdır.
 
Elanda qeyd edilir ki, qoyunlar tək-tək yox, sürü şəklində satılır. Sürünün Zərdab rayonunda olduğu qeyd olunur.
 
BAKU.WS