Tanınmış jurnalist ailəsi ilə birlikdə qəzaya düşdü

Tanınmış jurnalist ailəsi ilə birlikdə qəzaya düşdü
Hadisə 6190

Azərbaycan Prezidenti yanında Bilik Fondunun mətbuat katibi, tanınmış jurnalist Ceyhun Musaoğlu (Musayev) avtomobil qəzasına düşüb.

Milli.Az xəbər verir ki, onun dostu, jurnalist Nicat Dağların report-a verdiyi məlumata görə, hadisə Dərnəgül şosesində qeydə alınıb.

Belə ki, C.Musaoğlunun idarə etdiyi "KİA" markalı avtomobil digər maşınla toqquşub. Nəticədə "KİA" bir neçə dəfə aşıb.

Hadisə zamanı avtomobildə olan C.Musaoğlunun həyat yoldaşı başından xəsarət alıb. Onun özü və qızı isə yüngül bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya aparılıb. Orada yaralılara ambulator yardım göstərilərək evə buraxılıb.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Qaradağ rayonunda vulkan püskürüb

Qaradağ rayonunda vulkan püskürüb

Qaradağ rayonu ərazisində vulkan püskürməsi qeydə alınıb. Bu barədə BAKU.WS-ə AMEA nəzdində RSXM-nin Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Məlumata əsas...

63 Hadisə 09:15 26 sentyabr 2026

Son xəbərlər