VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Hövsanda dənizkənarında xoşgəlməz mənzərə yaranıb.
 
BAKU.WS-in redaksiyasına göndərilən görüntülərdən aydın olduğu kimi çirkab sular dənizə axıdılır. Oxucularınızın bizə verdiyi məlumata görə, sözügedən ərazidə kanalizasiya boruları oğurlanıb və çirkab su dənizə axır.
 
Ərazidə yaranmış antisanitar vəziyyət insanların həyatı üçün böyük təhlükə yaradır. Havaların qızması ilə dənizə üz tutan sakinlərin həyatı təhlükə altındadır. Dənizə axıdılan kanalizasiya suları fəsadlara səbəb ola bilər.
 
Hövsanda dənizkənarında yaranan xoşagəlməz mənzərəni təqdim edirik: 
 
Nazim Babayev
BAKU.WS