Maşallah Əhmədov məhkəmədə zərərçəkəni hədələyib

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hakim Faiq Qasımov sədrlik etdiyi prosesdə zərərçəkmiş Yusif Əzizov ona məxsus daşların bir hissəsinin M. Əhmədov tərəfindən "Sahil" MTK-ya verildiyini deyib.
İclasda M. Əhmədovla Y. Əzizov arasında mübahisə baş verib. M. Əhmədov Y. Əzizovu hədələyib.
Məhkəmə ona xəbərdarlıq edib. Hakim qeyd edib ki, bir də belə hal baş versə, proses M. Əhmədov olmadan davam etdiriləcək.
Daha sonra məhkəmə M. Əhmədovun da özünün iştirakı ilə "Sahil" MTK-da daşlara baxış keçirilməsi barədə qərar qəbul edib. Hakim bildirib ki, iyunun 2-də məhkəmə heyətinin iştirakı ilə "Sahil" MTK-da istifadə olunmuş daşlara baxış keçiriləcək.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M. Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.
M. Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan "Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq vəsaitə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb. Binəqədi rayon Məhkəməsi M. Əhmədov barəsində ev dustaqlığı ilə bağlı qərar çıxarsa da, Bakı Ağır Cinayətlər Məhkəməsi onun 8 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
BAKU.WS
Oxşar xəbərlər
Ziya Məmmədovun sabiq müşavirinə 800 min "atan" şəxs AZADLIĞA BURAXILDI
Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətininin mənimsəmədə təqsirləndirilən sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhk...
