27 gündür itkin düşən azyaşlı qız polis tərəfindən tapıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda 1 saylı Respublika Psixiatriya Xəstəxanasından qaçan 17 yaşlı Kifayət Vəlicanova tapılıb.
BAKU.WS xəbər verir ki, bu barədə “oxu.az”a onun atası Rauf Vəlicanov məlumat verib.
O bildirib ki, qızı fevralın 10-da paytaxtın Nizami rayonu Koroğlu metrostansiyasının yaxınlığında tapılıb:
“Qızım fevralın 10-da Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən tapılıb. Məlumat verilən kimi şöbəyə yaxınlaşıb qızımı oradan götürdüm. O artıq xəstəxanada yox, evdədir. Məsələyə diqqət göstərən hər kəsə təşəkkür edirəm”.
Xatırladaq ki, azyaşlının psixoloji problemləri var. O yanvarın 15-də müalicə aldığı 1 saylı Respublika Psixiatriya Xəstəxanasından qaçmışdı.
Oxşar xəbərlər
Bakıda evdən qaçan qız küçədən tapıldı - FOTO
Bakıda itkin düşən yeniyetmə qız tapılıb.BAKU.WS trend-ə istinadən xəbər verir ki, bir neçə həftə əvvəl itkin düşən 15 yaşlı Abşeron sakini Bakıda sakinlərin k...