SİZİN REKLAM BURADA!
055 213 76 73



Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
BAKU.WS ARB TV-yə istinadla xəbər verir ki, qəza rayonun Həzi Aslanov küçəsində qeydə alınıb.

Kürdəmir rayon sakini 63 yaşlı Sergey Pənahov idarə etdiyi "KAMaz" markalı avtomobillə yolu keçən şəhər sakini, iki ayağından əlil olan 47 yaşlı Şahin Əliyarovu vurub. Ağır bədən xəsarətləri alan piyada ətrafdakı insanların köməyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Göstərilən tibbi yardımlara baxmayaraq, piyada orada ölüb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.
 
BAKU.WS