SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda sürücü piyada keçidindən keçən kişi və qadını döyüb.

BAKU.WS xəbər verir ki, Bakının Sabunçu rayonunda iki piyadanın döyülməsi ilə nəticələnən insident baş verib. "Report"un xəbərinə görə, Bakıxanov qəsəbəsində piyada keçidindən keçən Abıyeva Lətafət və 30 yaşlı Quliyev Elvin Habil oğlu həmin küçə ilə hərəkətdə olan avtomobillərdən birinin sürücüsü tərəfindən təhqir olunub. L.Abıyeva sürücüyə cavab qaytardıqda isə avtomobildən enən iki şəxs qadına yaxınlaşaraq onu itələyib və yerə yıxıb. E.Quliyevin isə baş və bədən nahiyələrinə ağır xəsarət yetirilib. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
 
BAKU.WS