Dünən  axşam saat 19 radələrində Sumqayıt şəhərində Sumqayıt Dövlət Universiteti tələbələri arasında baş verən kütləvi davanın səbəbi məlum olub.

Universitetdən BAKU.WS-ə verilən məlumata görə, ilk öncə mübahisə universitetin "Kimya və bilologiya” fakultəsinin tələbəsi ilə "Tarix” fakultəsi tələbəsi Emin Fətəliyev arasında yaranıb. Mübahisə sonradan kütləvi davaya çevrilib. Davaya hər iki fakultənin digər tələbələri də qoşulublar.

Universitetdən bildirdilər ki, kütləvi dava qız üstündə yaranmış mübahisə zamanı baş verib.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.

Ziya Səccad

BAKU.WS