VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Cinayətkar aləmdə daha çox "Zaur Naxçıvanski” kimi tanınan 29 yaşlı "qanuni oğru” Zaur Şipilov dünən Moskvada "Çayxana Alay bazarı” restoranında həbs edilib.

BAKU.WS virtualaz.org-a istinadən xəbər verir ki, Z.Şipilovun üzərinə baxış keçirilərkən ondan böyük dozada heroin götürülüb.

Zaur Şipilov 2006-cı ilin aprelində Moskvada "Lotu Hikmət”lə (Hikmət Muxtarov) birlikdə güllələnən məşhur azərbaycanlı kriminal avtoritet Bayram Talıbovun oğludur.

Zaur Naxçıvanski 2013-cü ilin iyul ayında Rövşən Lənkəranskinin təşəbbüsü ilə Türkiyədə "taclandırılıb” və o "qanuni oğru” elan olunub.

Zaur Şipilov Orenburqda doğulub boya-başa çatıb. Ona görə də vətənində onun özü və "oğru titulu” haqda çox adamın geniş məlumatı yoxdur. Bundan əlavə, Zaur Naxçıvanski indiyə qədər polisin diqqətini cəlb etməməyə nail olub.

BAKU.WS