SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Metro keçidində polis əməkdaşlarının saxlamaq istədiyi şəxslərdən biri hər kəsin gözü qarşısında özünə ülgüc ilə xəsarət yetirib.

BAKU.WS -in Musavat.com-a istinadən xəbər verir ki, hadisə dünən "Koroğlu" metrostansiyasının keçidində baş verib.

Məlumata görə, polis əməkdaşları 20-25 yaşlarında olan iki şübhəli şəxsi saxlamaq istəyib. Onlardan biri polisin əmrinə tabe olsa da, digər şəxs müqavimət göstərib.

Hadisə şahidlərinin dediyinə görə, müqavimət göstərən şəxs dilinin altından lezva çıxararaq qoluna xəsarət yetirib. Qan içində olan şəxs dostunun sərbəst buraxılmasını istəyib.

Polis əməkdaşları özünə xəsarət yetirən şəxslə danışıq apararaq onu fikrindən daşındırıb. Hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb

Onlar narkotik vasitə istifadəsində şübhəli biliniblər.

BAKU.WS