SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin Antalya şəhərində dəhşətli cinayətin üstü açılıb.

BAKU.WS
-in məlumatına görə, 47 yaşlı Ekrem E. həbs edilib. Saxlanılan şəxs 21 yaşlı qızını zorlamaqda günahlandırılır.

Cinayətin üstü isə qızın ərə getməsindən sonra açılıb. Məlum olub ki, 21 yaşlı H.E. bakirə deyil. Onun doğma atası tərəfindnə zorlandığı məlum olub. Ən dəhşətli fakt isə araşdırmalardan sonra açılıb. Demə ata qızını 13 yaşından bəri zorlayırmış. İlk dəfə 13 yaşlı qızı ilə cinsi əlaqəyə girən ata sonradan mütəmadi olaraq onu zorlayıb.

Məlum olub ki, bu barədə qızın anası Cemilə E. də məlumatlı olub. Qadın ifadəsində bildirib ki, ərinin psixoloji problemləri var. Hər dəfə onu da qorxudurmuş ki, bu sirrin üstünü açmasın. Araşdırmalar zamanı o da məlum olub ki, ata bir neçə il əvvəl 5 yaşlı övladlarını da boğub öldürüb. Meyiti isə basdırıb.

Məhkəmə cinayətkar atanın 42 il azadlıqdan məhrum edilməsini tələb edib.

Ziya Səccad

BAKU.WS