VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakıda quldurluqla üzləşən şəxs polisə müraciət edib.

BAKU.WS lent.az-a istinadən xəbər verir ki, Abşeron rayon sakini olan 1984-cü il təvəllüdlü Rüstəmov Mətləb Sahib oğlu 41-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, gecə saatlarında Badamdardakı çay evindən çıxaraq "AzSamand" markalı taksiyə oturub.
 
Taksi sürücüsü bir qədər keçdikdən sonra bıçaqla müştəriyə hücum edib və onun üzərindəki 400 manatı götürərək hadisə yerindən uzaqlaşıb.

M.Rüstəmov həmin taksi sürücüsünün tapılaraq cəzalandırılmasını tələb edib.

Faktla bağlı araşdırma aparılır.

Arzu Mirzəyeva 
BAKU.WS