SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Cəbhədə Ordumuz tərəfindən amansız zərbələr alan düşəmn itkilərini yavaş-yavaş üzə çıxarmağa başlayıb. Erməni tərəfi bir az əvvəl yaydığı məlumatda erməni muzdluların səngərdə mühəndis-istehkam işi apararkən bomba partlaması nəticəsində ağır yaralandıqları bildirilir. 
 
BAKU.WS-in Ermənistan mətbuatına istinadən verdiyi xəbərdə bildirilir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katıbı Arsrun Ovannisyan məlumat yayıb. 
 
Mətbuat katibi hərbçilərin sayını açıqlamasa da yaralananlananların çox olduğu bilinir. Erməni mətbuatının verdiyi xəbərdə hərbçilərin partlayış nəticəsində yaralandığı deyilsə də, biz yaxşı bilirik ki, bu əsgərlər Azərbaycan ordusunun düşmən mövqeyinə endirdiyi zərbələr nəticəsində yaralanıblar. Ötən gün Azərbaycan Müdafiə Nazirliyinin yaydığı təkzibolunmaz videogörüntülərdən sonra Ermənistan tərəfi itkilərini ciddi-cəhdlə gizlətsə də görünür artıq itkilərini tədricən açıqlamaq yolunu tutub. Rəsmi İrəvanın itkilərini maksimum azaldaraq ictimaiyyətini vahiməyə salmamağa çalışır. Amma itkilərin böyük olması onları çıxılmaz vəziyyətə salıb. 

Arzu Mirzəyeva
BAKU.WS