SİZİN REKLAM BURADA!
055 213 76 73


 

"Ermənistan ordusu "İldırım-2015" kod adlı təlimlərə başlayıb. Bu təlimlər 6 sentyabra qədər davam edəcək".
 
BAKU.WS-in məlumatına görə, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, təlimlər Ermənistanın bütün dövlət strukturlarının müharibə vəziyyətinə hazırlığı məqsədilə həyata keçirilir.
 
A.Ovannisyan Ermənistan mətbuatında yayımlanmış "sərhəd rayonlarının əhalisi təxliyyə edilir" kimi informasiyaları təkzib edib. Ancaq maraqlısı odur ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi təlimlər çərçivəsində əhalinin təxliyyəsinin mümkün olacağını bildirib. Görünür Ermənistan tərəfi kəndlərin boşaldılması faktını erməni xalqına etiraf etməkdən ehtiyyat edir. Təxliyyə adı ilə kəndləri boşaltmaq istəyən Ermənistan tərəfi özünü döyüşlərdə ağır itki verməkdən sığortalamaq istəyir. Ermənistan KİV-i böyük həyəcanla kəndlərdən əhalinin çıxarıldığını və cəbhədə vəziyyətin gərginləşdiyini yazır. 

A.Ovannisyan təxliyyənin təlimlər çərçivəsində baş tutacağını və boşalacaq kəndlərin müəyyən ediləcəyini, müharibə olacağı təqdirdə əhalini kəndlərdən çıxaracaqlarını deyir. Əhalini təşvişdən uzaqlaşdırmağa hesablanan bu açıqlamalar ermənilərin müharibə qorxusunun azalmasına elə də ciddi təsir etməyib. 
 
ŞAHİN Həbibov
BAKU.WS