"BakuBus" avtobusu qəza törətdi - YENİLƏNİB - FOTO/VİDEO
Bu gün saat 10:47 radələrində Azadlıq prospektində təmir işlərinin aparıldığı ərazidə 14 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus sürücünün yaranmış məhdudiyyəti düzgün müəyyən etməməsi nəticəsində yol kənarındakı ağaca dəyib.
Bu barədə “Baku Bus” MMC-in mətbuat katibi Əsmər Əliyeva BAKU.WS-in sorğusuna cavab olaraq bildirib.
"Nəticədə avtobusun şüşəsi zədələnib, hadisə zamanı heç bir sərnişin xəsarət almayıb. Sərnişinlər avtobusdan düşürdülmüş və avtobus qaraja yönləndirilib. Marşrutun hərəkət qrafikinin davamlılığını təmin etmək məqsədilə qarajdan ehtiyat avtobus xəttə buraxılıb", - deyə Ə. Əliyeva qeyd edib.
***13:00
Bakıda "BakuBus" avtobusu qəza törədib.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə Azadlıq prospektində, metronun "28 May" stansiyasının yaxınlığında qeydə alınıb.
Qəza zamanı səkiyə çıxaraq işıqfora çırpılan avtobusun şüşələri sınıb. Nəticədə xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.
Hadisə yerindən görüntüləri təqdim edirik:
Qalereya
Oxşar xəbərlər
Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - YENİLƏNİB
İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Resp...