SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda səhər saatlarında yol-nəqliyyat hadisəsi baş verib. 
 
BAKU.WS-in məlumatına görə, Bayraq Meydanından üzü 20-ci sahəyə tərəf sürətlə hərəkət edən "90-OF-775" dövlət nömrə nişanlı "Prado" digər bir avtomobillə toqquşub.
 
Qara "Prado" piyadanın yeraltı keçiddən istifadə etməsi səbəbilə qəzaya düşüb. Qara "Prado" ağ rəngli "H-028-266" dövlət nömrə nişanlı "Prado"ya çırpılıb. 
 
Əhəd Yaqubov küçəsi ilə paralel olan Salyan şosesi adlan E119 beynəlxalq yolda baş verən qəza zamanı qara "Prado" 2 kiçik dəmir işıq dirəyini əzərək dayanıb. 
 
Yolun ortasında dayanaraq hadisəni seyr edən "Hyundai Santa Fe" də qəzaya düşüb. Belə ki, arxadan sürətlə gələn "VAZ 2107" markalı avtomobil "Hyundai Santa Fe"ni vurub. 
 
FOTO: AbuAbdullah
BAKU.WS