Anar Ağakişiyevə qarşı DƏLƏDUZLUQ - VİDEO

Stilist Anar Ağakişiyevə qarşı dələduzluq olunub.
O, bu barədə "Səni axtarıram" verilişinə danışıb.
Bildirib ki, xaricdə iş qurmaq istəyərkən iki şəxs tərəfindən aldadılıb:
"Xaricdə şirkət, iş qurmaq istədim. İstədim xeyri də bizimkilər görsün. İki bəylə tanış oldum. Hazırda iş Xəzər Rayon Prokurorluğunda araşdırmadadır. Çox yüksək məbləğ alıblar. Biz bir il öncə tanış olmuşuq. Macarıstanda yaşayırlar. Burada əlavə işləri var. Hətta onların ikinci işi azərbaycanlı gəncləri xaricə oxumağa yollamaqdır. Nə qədər qanuni olduğunu dəqiq deyə bilmərəm. Mənim onlarda sənədlərim qalıb. Onları tələb edirəm. Əgər məsələ dərinə getsə, lazım olmayan məqamlar ortaya çıxa bilər".
Ətraflı videoda:
Oxşar xəbərlər
Külli miqdarda dələduzluqda təqsirləndirilən qadının cinayət işinin bəzi detalları - İTTİHAM AKTI
Bakıda vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Telli Adiyevanın cinayət işinin bəzi detall...
