Sərnişin avtobusu ağır qəzaya düşdü - YENİLƏNİB - VİDEO

Sumqayıtda avtobus qəzası ilə bağlı TƏBİB-dən açıqlam verilib.
Qurumun mətbuat xidmətindən BAKU.WS-in soruğusuna cavab olaraq bildirilib ki, Hacı Zeynalabdin Tağıyev - Sumqayıt avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı 12.07.2024-cü il tarixində saat 17:20 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına 11 nəfər (7-si kişi cinsli, 4-ü qadın cinsi olmaqla) yerləşdirilib.
Hazırda 1 nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir.
***17:31
Sumqayıtda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, Bakı-Quba yolunda 3 saylı marşurut xətti üzrə hərəkət edən sərnişin avtobusu saat 16:30 radələrində qəzaya düşüb.
Nəticədə ölən və ya xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.
Hadisə yerindən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...
