SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Gecə saatlarında Quba-Xaçmaz yolunun 13-cü kilometrliyində, Qubanın Zərdabi kəndi ərazisində ağır yol qəzası baş verib.

BAKU.WS-in "Report"a istinadla verdiyi məlumata görə, qəza toydan qayıdan "Ford" markalı "40 BL 392" dövlət qeydiyyat nişanlı sərnişin mikroavtobusu ilə "KİA" markalı "90 TB 530" dövlət qeydiyyat nişanlı minik avtomobilinin toqquşması nəticəsində baş verib.

Hadisə nəticəsində 4 nəfər yaralanıb. Onlardan üçünün vəziyyəti ağırdır. Yaralılardan üçü mikroavtobusda, 1 nəfər isə "KİA"da olub.
Zərərçəkənlər Quba Mərkəzi Rayon Xəstəxanasına aparılıb.