SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində axtarışda olan şəxsin saxlanılması məqsədilə keçirilən əməliyyat zamanı həlak olan polislərin dəfn olunacaqları yer bəlli olub.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, polis kapitanı Eldəniz Məmmədov paytaxtın Bakıxanov qəsəbəsində, polis serjantı Mahir Ağayev Binə qəsəbəsində, polis serjantı Mirəli Heydərov Kürdəmir rayonunun Cəyli kəndində dəfn ediləcək.

***12:13

İyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində silahlı incidentdə həlak olan polis əməkdaşları - polis kapitanı Eldəniz Məmmədov, polis serjantı Mahir Ağayev və polis serjantı Mirəli Heydərovla vida mərasimi keçirilir. //Oxu.az

***11:50

Xəbər verdiyimiz kimi, əvvəllər dəfələrlə məhkum olunmuş 1986-cı təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev iyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində 3 polisi, bir mülki vətəndaşı öldürüb.

BAKU.WS Baku TV-yə istinadən, hadisənin baş verdiyi Şüvəlan qəsəbəsindəki ərazidən görüntüləri təqdim edir:

Qeyd edək ki, davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilmişdir.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

BAKU.WS
VİDEO