SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Maykl Ceksonun ömrünün sonuna qədər yarım milyard dollar borcu olub.

BAKU.WS xəbər verir ki, bu barədə NBC məlumat yayıb.

Ceksonun borcları Los Angeles County Ali Məhkəməsindəki əmlakının icraçıları tərəfindən verilən bəyanatda açıqlanıb.

Bəyanatda deyilir ki, 2018-ci ildə Ceksonun əmlakından əldə olunan pul vəkillik haqqı və digər xərclərin ödənilməsinə sərf edilib. Ümumilikdə, Ceksona qarşı 65-dən çox kreditor iddiası qaldırıldı, lakin əmlak icraçıları iddiaların əksəriyyətini həll edib.

Qeyd edək ki, Cekson 2009-cu ildə 50 yaşında Los-Ancelesdəki malikanəsində vəfat edib. Musiqiçi karyerası ərzində 13 Qremmi mükafatı alıb və iki dəfə Rok-n-Roll Şöhrət Zalına daxil olub.

BAKU.WS