SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur aktyor Merlin Monronun Los Ancelesin Brentvud səmtindəki evinin sökülməsinə qərar verilmişdi.

BAKU.WS xəbər verir ki, daha sonra Monronun evi Los-Anceles Şəhər Arxitekturası tərəfindən tarixi mədəniyyət abidəsi kimi təsdiqləndi. Aktrisa bu evdə cəmi 6 ay yaşayıb.

O ömrünün son günlərini bu 4 otaqlı mənzildə keçirib.

Monro 1962-ci ildə bu evdə qəbul etdiyi yüksək dozada dərmandan dünyasını dəyişib. Evin hazırkı sahibləri Brinah Milstein və həyat yoldaşı Roy Bankdır.

Onlar mənzili 8.35 milyon dollara satın alıblar və evin sökülməsini planlaşdırırdılar ki, yanındakı mülklərini genişləndirsinlər.

Qeyd edilib ki, Los Anceles şəhər meriyasından bildirilib ki, 60 il əvvəl edilməli olan şeyi bu gün etmək imkanları var. Bu səbəbdən onun evi "şəhər simvolu" adlandırılıb.

Los-Ancelesdə Marilin Monro və onun Brentvuddakı evi qədər ikonik bir insan və ya yer yoxdur.

BAKU.WS
QALEREYA