SİZİN REKLAM BURADA!
055 213 76 73


Hollivudun əfsanə ulduzlarından olan Merlin Monronun imzalı şəkli illər sonra hərracda nümayiş olunacaq.

BAKU.WS xəbər verir ki, aktrisanın 1953-cü ildə 27 yaşında olarkən imzaladığı fotosunda, "Sandraya ən xoş arzularla, Merlin Monro", - sözləri qeyd edilib. 

İmzalı şəkil Boston şəhərində 20 000 dollara (təxminən 34 000 AZN) hərraca çıxarılıb. 

Hərrac evinin meneceri bildirib ki, bu şəkil Merlin Monronun heç zədələnməmiş fotolarından biridir. Bu aktrisanın şöhrətin zirvəsinə yüksəldiyi 1950-ci illərdən bir xatirədir. 

BAKU.WS