SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin “Galatasaray” klubunun əfsanəvi baş məşqçisi Fatih Terimin imzalı formasını “Fenerbahçe” rəsmisi satın alıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki,  bu Türkiyədə əsrin fəlakətində zərərçəkənlərə yardım toplamaq məqsədilə təşkil olunan hərracda baş tutub.

Məlumata görə, Terimin 5 nömrəli imzalı forması uğrunda yarışda “Fenerbahçe” klubunun konqres üzvü Merve Mermer 100 min lirəsindən (9 min manat) keçməli olub.

Qeyd edək ki, Türkiyədə baş vermiş zəlzələlər nəticəsində ölənlərin sayı 44 374 nəfərə çatıb.

BAKU.WS