SİZİN REKLAM BURADA!
055 213 76 73


Füzulidə 3 tondan artıq yabanı çətənə bitkisi məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2024" planına uyğun olaraq tədbir keçirilib.

Tədbir zamanı Qacar kəndinin ərazisində yabanı halda bitən 3 tondan artıq 6 832 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.

BAKU.WS