SİZİN REKLAM BURADA!
055 213 76 73


Ağcabədidə yabanı halda bitən 4 tondan artıq çətənə bitkisi məhv edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaşxaş 2024" planına uyğun olaraq keçirdikləri tədbirlərlə yabanı halda bitən ümumi çəkisi 4 tondan artıq olan 3500 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.

BAKU.WS