Cəlilabaddakı qəzada 2 nəfərin öldüyü avtobusun YENİ GÖRÜNTÜLƏRİ - VİDEO

Cəlilabaddakı qəzada 2 nəfərin öldüyü avtobusun YENİ GÖRÜNTÜLƏRİ - VİDEO
Video
Hadisə 67

Bu gün səhər saatlarında Cəlilabadda 2 nəfərin ölümü, xeyli sayda adamın yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

BAKU.WS xəbər verir ki, sosial şəbəkələrdə hadisə yerinin görüntüləri yayılıb.

Qəzaya düşən avtobusun istirahət mərkəzinə gedən yerli turistləri daşıdığı qeyd olunub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun məlumatına görə, saat 10 radələrində Y.Bağırov idarə etdiyi "Mercedes" markalı mikroavtobusla Cəlilabad rayonunun Sadatlı kəndi ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən S.Kazımova və K.Şükürova ölüb, bir neçə sərnişin isə müxtəlif bədən xəsarətləri alıb.

Son xəbərlər