SİZİN REKLAM BURADA!
055 213 76 73



Abşeron rayonu, Xırdalan şəhərində "Kristal Abşeron" MTK-dan oğurluq edilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, naməlum şəxs MTK-nın 10 min metr uzunluğunda internet xətlərinin çəkilməsi üçün nəzərdə tutulan optik kabellərini oğurlayib.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlaqda şübhəli bilinən İlkin Şahverdiyev saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
 
BAKU.WS