SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakı-Sumqayıt marşut xətti üzrə hərəkət edən avtobuslarda cibgirliglə məşğul olan şəxs saxlanılıb.

"Report"un xəbərinə görə, Abşeron Rayon Polis İdarəsinin (RPİ) əməliyyatçıları Xırdalan şəhərində üzərində 1 ədəd selofan torbada heroin gəzdirən Fərid Səfərovu tutublar.

Onun Abşeron RPİ-də istintaqa verdiyi ifadəsi zamanı bir ildir cibgirliklə məşğul olduğu üzə çıxıb. F.Səfərov əsasən Bakıdan Sumqayıt şəhərinə hərəkət edən avtobuslarda cibgirliklə məşğul olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
 
BAKU.WS