VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Şəhid əsgər Çingiz Əsgərovun meyitinin qaytarılmasında iştirak edən erməni hərbçilərindən biri huşunu itirib və yerə yıxılıb. Yəqin ki, həmin zabit aprel döyüşlərinin iştirakçısı olaraq Azərbaycan Ordusunun qüdrətini görüb, elə buna görə  özündən gedib.

BAKU.WS xəbər verir ki, bu sözlərlə sosial şəbəkələrdən birində status yazan millət vəkili Aydın Mirzəzadə hadisənin elə Ermənistanın real vəziyyətinə dəlalət etdiyinə diqqət çəkir. 

Millət vəkili, Çingiz Qurbanovun cəsədinin düşməndən alınmasının Ermənistan tərəfində ciddi narahatlıq yaratdığı və bununla da Ermənistanın Azərbaycanı şantaj etmək planının baş tutmadığını vurğulayıb. Şəhid əsgərimizin nəşinin qaytarılması Ermənistan ictimaiyyətində də rəsmi İrəvanın geriyə atılmış addımı kimi dəyərləndirilib. 

Aydın Mirzəzadənin fikrincə, Çingiz Qurbanovun nəşinin alınmasında  dövlətin göstərdiyi qətiyyət onu göstərir ki, Azərbaycan hər bir vətəndaşına sonuna qədər sahib çıxır və işğal altında olan torpaqların bir qarışını belə düşmən tapdağında qoymayacaq.
 
BAKU.WS