SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsinin 149-cu km-də torpaq sürüşməsi aktivləşib. Sürüşmə sahəsi 40 metrədək ərazini əhatə edir. Sözügedən hissədə yol 40-50 sm çöküb. 

BAKU.WS xəbər verir ki, sürüşmə qeydə alınan hissənin bərpası üçün əraziyə "Azəravtoyol” ASC-nin texnikası və canlı qüvvəsi cəlb olunub.

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə həmin hissədə hərəkət məhdudlaşdırılaraq, ərazidəki alternativ yola yönəldilib.