SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakı-Şamaxı yolunda torpaq sürüşməsi baş verib.
 
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, nəticədə magistralda avtomobillərin hərəkətində çətinlik yaranıb.
 
Hətta yolun bağlanmaq təhlükəsi də var. Torpaq qatı parçalanaraq yola tərəf hərəkət edir, istinad divarının üzərindən magistrala tökülür. Son günlər havaların yağıntılı keçməsi səbəbindən yolun 106 və 107-ci kilomterliklərində torpaq sürüşməsi baş verib. Ərazidə böyük yarğanlar əmələ gəlib,torpaq qatı uçaraq yola tökülüb.

Avtomobillərin hərəkətini tənzimləmək məqsədilə yol polisi əməkdaşları da əraziyə cəlb edilib. Şamaxı 9 saylı Yol İstismar İdarəsinin texnikası və canlı qüvvəsi yolu təmizləyərək avtomobillərini hərəkətini təmin edir. Lakin yolun bağlanmaq təhlükəsi də var.
Ötən il də ərazidə torpaq sürşməsi baş vermiş və bir neçə dəfə yol bağlannmışdı.
 
BAKU.WS