Astarada 6 otaqlı ev yanaraq külə dönüb
17
apr
2024
21:02
Astarada 6 otaqlı ev yanaraq külə dönüb.
“Report”un Cənub bürosunun məlumatına görə, yanğın rayonun dağlıq ərazisində, Marzəsə kəndində baş verib.
Belə ki, Maarif Mütəllim oğlu Babayevə məxsus fərdi yaşayış evi yanıb.
FHN Astara Rayon Yanğından Mühafizə Hissəsinin texnikaları yol olmadığından hadisə yerinə çata bilməyiblər. Nəticədə iki mərtəbəli 6 otaqlı yaşayış evi bütünlüklə yanıb.
Yanğının səbəbi araşdırılır.
Oxşar xəbərlər
Xızıdakı yanğının təfərrüatları açıqlanıb - YENİLƏNİB-4
Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş vermiş yanğın nəticəsində təxminən 60 hektar sahədə quru ot və kol-kos yanıb. Bu barədə BA...