SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı şəhərinin Xətai rayonu, Babək prospektində yerləşən “Maşın bazarı” adlanan ərazidə baş vermiş yanğın nəticəsində ümumi sahəsi 400 kv.m. olan bir dam altında tikilmiş 32 ədəd müxtəlif təyinatlı mağazalardan 4 ədədi 48 kv.m. sahədə yanıb.

BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Qeyd olunub ki, digər mağazalar yanğından mühafizə olunub.

***14:44

Bakıda maşın bazarının ərazisində baş verən yanğın söndürülüb.

Bu barədə BAKU.WS-ə FHN-in Mətbuat xidmətindən bildirilib.

"Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Nizami rayonu, Babək prospektində yerləşən “Maşın bazarı” adlanan ərazidə baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb", - deyə məlumatda qeyd olunub. 

***14:27

Bakıda maşın bazarının ərazisində yanğın qeydə alınıb. 

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. 

Məsələ ilə əlaqədar FHN-in mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, ərazidə yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir:

"Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu, Babək prospektində yerləşən Maşın bazarının ərazisində mağazada yanğın baş verməsi barədə məlumat daxil olub və mağazada baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir".

BAKU.WS
VİDEO

QALEREYA