SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Mərkəzi Bankının (AMB) hesablamaları göstərir ki, neytral uçot faiz dərəcəsi 6-7 % aralığındadır.

BAKU.WS xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.

"Məntiqlə getsək hələ sərtləşdirmə istiqamətindəyik. Hazırda biz uçot faiz dərəcəsini neytrallaşdırma istiqamətində gedirik. Bu səbəbdən də düşünürük ki, uçot dərəcəsi 7 % səviyyəsində neytraldır. Hazırda 7,25 % təşkil edir. Bu isə AMB-nin hələdə sərt istiqamətdə olduğunu göstərir", - T. Kazımov qeyd edib.

Onun sözlərinə görə, AMB-nin ortamüddətli proqramına əsasən daxli və xarici iqtisadiyyatlarda kəskin dəyişmələr olmasa, "biz parametrləri dəyişməz saxlamağı nəzərdə tuturuq".

BAKU.WS