VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Sosial şəbəkədə  "Lotu Quli” kimi tanınan Nadir Səlifovun adamlarının Türkiyədə Rafiq Eyvazovu (Masallinski) döyərək, qulağını kəsmələrinin görüntüləri yayılıb. 

BAKU.WS xəbər verir ki, Eyvazov daha öncə Bakının 8 saylı islah təcridxanasında cəza çəkən Səlifovun qruplaşmasında olub, münaqişədən sonra qruplaşmadan çıxmaq istədiyini bildirib. 

Rafiq Eyvazovu və dostunu vəhşicəsinə döyən cinayətkarlar hadisə yerindən qaçıblar. Baş verən hadisədən sonra Masallinski bir neçə gün xəstəxanada qalıb. Məlumata görə, o, intiqam alacağını vəd edib. 

Aynur Ələkbərova
BAKU.WS