SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Yasamal rayonunda qətl hadisəsi baş verib.

BAKU.WS-in məlumatına görə, bu barədə Yasamal Rayon Prokurorluğundan report saytına bildiriblər.

Verilən məlumata görə, bir müddət əvvəl Kamran Mahmudov adlı şəxs itkin düşüb. Onunla bağlı araşdırma aparılan zaman K. Mahmudovun həyat yoldaşı Lalə Mahmudova və onun Sədi adlı tanışı tərəfindən öldürüldüyü məlum olub.

Həmin şəxslər meyidi hissələrə bölərək İsmayıllı rayonunda meşədə basdırıblar. Onlar saxlanılaraq istintaq orqanına təhvil veriliblər.

İlkin məlumata görə, qadınla tanışı sevgili olublar. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Ziya Səccad
BAKU.WS