Xocalıda kütləvi məzarlıqda daha iki şəxsə aid qalıqlar aşkarlanıb
Hazırda Xocalı soyqırımı qurbanlarının sümüklərinin aşkarlandığı yerdən daha iki nəfərə məxsus olduğu ehtimal edilən qalıqlar var.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.
Onun sözlərinə görə, hazırda ərazidə qazıntı işləri davam etdirilir. Tapıntısına rast gəlinən hər iki şəxsin sümükləri qablaşdırılaraq, Bakıya Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndəriləcək:
"Qazıntı işlərinə bu gün başlanılıb. Hələ ki, bir şəxsə məxsus sümük qalıqları aşkar olunub. Qazıntının divarının o biri tərəfində isə sümük qalıqlarının ucları görünür. Orda da ən azı yəqin ki, ikinci şəxsin qalıqları var. Hazırda işlər davam etdiriləcək. Burda neçə şəxsə məxsus sümük qalıqları var. Məhkəmə tibbi ekspertləri burdadır, işləyirlər. Yaşı, cinsi, boyu, ölüm səbəbi, sümüklərdə hansı xəsarətlər var, varsa, hansı alətlərlə törədilib, bunlar aydınlaşdırılacaq. Sonda da sümüklərdən nümunələr götürüləcək və genetik laboratoriyalarda onların kimliyi müəyyənləşdiriləcək".
Oxşar xəbərlər
Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan şəhid Sumqayıtda dəfn olunub - YENİLƏNİB
1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə erməni quldurlarının Xocalıda törətdiyi soyqırımı zamanı qətlə yetirilən və bir müddət əvvəl rayon ərazisində aşka...