Şəmkirdə avtomobil qəzası olub, 3 nəfər xəsarət alıb

Şəmkirdə avtomobil qəzası olub, 3 nəfər xəsarət alıb
Hadisə 29

Şəmkir rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Çinarlı qəsəbəsində "KİA" və "VAZ-21011" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində 1988-ci il təvəllüdlü M.Məmmədov, 1965-ci il təvəllüdlü B.Ələkbərova və daha 1 nəfər xəsarət alıblar.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər