SİZİN REKLAM BURADA!
055 213 76 73


FHN-in "112" qaynar telefon xəttinə Mingəçevir şəhərində H. Hüseynov küçəsində yeddimərtəbəli yaşayış binasının beşinci mərtəbəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq FHN-dən bildirilib.

"Hadisə ilə əlaqədar FHN-in yanğından mühafizə qüvvələri dərhal əraziyə cəlb olunub. Yanğın söndürülüb",-deyə məlumatda qeyd olunur.

***

Mingəçevir şəhərində yerləşən yataqxanada yanğın baş verib.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Hadisə Heydər Hüseynov keçəsində qeydə alınıb.

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

Əraziyə FHN-nin yanğınsöndürən briqadası cəlb olunub.

BAKU.WS
VİDEO