Bakıda 3 aydan çoxdur binanın üzərinə aşan ağacı hadisə yerindən kim götürməlidir? - YENİLƏNİB/VİDEO

Bakıda 3 aydan çoxdur binanın üzərinə aşan ağacı hadisə yerindən kim götürməlidir? - YENİLƏNİB/VİDEO
Foto Video
Hadisə 2

"Sözügedən bina kooperativ binadır. Buraya biz xidmət göstərmirik".

Bu barədə BAKU.WS-ə açıqlamasında Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən məlumat verilib.

Qeyd olunub ki, bu barədə bir neçə gün öncə müraciət daxil olub. Məsələ Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə yönəldilib. Lakin ağacın kəsilib götürülməsi üçün şərait yaradılmayıb:

"Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları əraziyə gəlib. Müvafiq texnikanın əraziyə daxil olması üçün korporativ sədri şərait yaratmayıb. Bina kooperativ olduğundan, onların razılığı vacibdir".

***12:24

Bakıda binanın üzərinə aşan ağac təhlükəli vəziyyət yaradıb.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, sözügedən hal 4-cü mikrorayon, Mirmahmud Kazımovski 17-27 ünvanında qeydə alınıb.

Şikayətçinin sözlərinə görə, ağac 3-4 aydır ki binanın üzərinə aşıb:

"Heç bir qurum əməkdaşı gəlib vəziyyətlə maraqlanmayıb. Gözləyirlər bədbəxt hadisə olsun sonra tədbir görsünlər".

Hadisə yerindən görüntüləri təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər