Ağsuda qəza: Xəsarət alanlar var
21
mar
2024
22:15
Ağsuda yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, rayonun Qaraqaşlı kəndi ərazisində KIA markalı minil avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb.
Qəza zamanı Ağsu rayon Qarağac kənd sakinləri 2006-cı il təvəllüdlü Murad Ağadur oğlu Abdullayev, 2005-ci il təvəllüdlü İnqilab Müşfiq oğlu Hüseynli və 2006-cı il təvəllüdlü Cavid Mətləb oğlu Soltanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar və Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda sevgi faciəsi: Bütün kənd onu öldürməyə yığışmışdı - əmisi gəlinini... - FOTO
2018-ci il oktyabrın 22-də Daxili İşlər Nazirliyinin "102" xidmətinə Qubanın Tülər kəndi ərazisində üzərində xəsarətləri olan kişi meyitinin tapılması barədə mə...