SİZİN REKLAM BURADA!
055 213 76 73


Naxçıvanın Ordubad rayonunda yağan güclü yağış səbəbindən hündür dağlardan gələn torpaq və daşlar Pəzməri kənd avtomobil yoluna tökülüb.

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, nəticədə nəqliyyat vasitələrinin hərəkəti dayanıb.

Yolun açılması üçün hadisə yerinə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları və texnikası əraziyə cəlb olunub.

Qısa müddət ərzində yol təmizlənib və hərəkət bərpa edilib.

BAKU.WS
QALEREYA